UEFA Çempionlar Liqasının C qrupunda “Mançester Siti” və “Portu” komandaları qalıb gəliblər.

“Şəhərlilər” Ferran Torres, Qabriel Jesus və Joau Kanselunun vurduğu qollar sayəsində "Olimpiakos"u məğlub ediblər.  “Portu” da eyni hesabla Marsel “Olimpik”indən üstün olub. Portuqaliya klubunun heyətində Mussa Mareqa, Serjiu Oliveyra və Luis Fernando Dias Marulanda diqqət mərkəzinə düşüb. C qrupunda maksimum nəticə göstərən "Mançester Siti" 9 xalla liderdir. “Portu” 6 xalla 2-cidir. “Olimpiakos” 3 xalla 3-cü sıradadır. Xal qazana bilməyən Marsel “Olimpik”i  isə sonuncu yerdədir.

Məhsuldar oyunlarla yadda qalan 3-cü turun "Atalanta" – “Liverpul” oyununda 5 qol vurulub. D qrupunda mübarizə aparan komandaların mübarizəsində "qırmızılar" rəqibə aman verməyiblər.   Mersisayd klubunun heyətində Dioqu Jota het-trik edib. Digər qolları isə Məhəmməd Salahla, Sadio Mane vurub.
“Ayaks” isə Danimarkada “Mityulland”a qalib gəlib.Amsterdamlılar ilk dəqiqədəcə Antoninin vurduğu qol sayəsində önə keçinlər.az sonra Düşan Tadiç fərqi artırıb. Çox kecməsən meydan sahiblərinin  Anders Dreyer Ayaksı məyus edib. Qalan vaxtda başqa qol olmayıb.brləliklə ilk qarşılaşmanın taleyinə ilk hissədə aydınlıq gəlib:  “Midyulland” – “Ayaks” 1:2
D qrupunda 9 xalla “Liverpul” başçılıq edir. “Ayaks” və “Atalanta” hərəyə 4 xalla, 2-ci, 3-cü yerlərdə gedirlər. Hesabında xal olmayan “Mityulland” isə sonuncu pillədədir.